DÜNYA


Son 24 saat ərzində İranda koronavirusdan 226 nəfər həyatını itirib

Tehran, 30 iyul, AZƏRTAC

İranda koronavirusun yayılması ilə əlaqədar vəziyyət yenə də ağırlaşıb. Yoluxma və ölüm halları hər gün artır.

AZƏRTAC İranın Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya istinadla xəbər verir ki, son sutka ərzində ölkədə 2 min 621 nəfər virusa yoluxub, 226 nəfər isə vəfat edib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 301 min 530 nəfər, yoluxaraq ölənlərin sayı isə 16 min 569-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 261 min 200 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində yatan 4 mindən çox koronavirus xəstəsinin vəziyyəti ağır olaraq qalır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.