DÜNYA


Son 24 saat ərzində Türkiyədə koronavirusdan daha 76 nəfər həyatını itirib

Ankara, 4 aprel, AZƏRTAC

Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirusdan (COVID-19) Türkiyədə ölənlərin sayı 501 nəfərə çatıb. Son 24 saatda virusa yoluxan 76 nəfər həyatını itirib, 302 nəfər isə sağalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Bu gün ümumilikdə 19 min 664 nəfər üzərində müayinə aparılıb. Onlardan 3 min 13 nəfərdə infeksiya aşkarlanıb. Orta hesabla müayinə olunan hər 6.5 nəfərdən biri xəstə çıxıb. Hələlik bu nisbət gündəlik artımla müşahidə olunur. Beləliklə, ölkə üzrə infeksiyadan müalicəyə olunanların sayı 23 min 934 nəfərə çatıb. Onlardan 1311-nin vəziyyəti ağırdır. İndiyə qədər 786 nəfərin müalicəsi müsbət nəticə verib.

Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin 3 aprel tarixli iclasının qərarına görə, ölkənin 31 vilayətinə giriş-çıxış bağlanıb. Bundan başqa, məlum məhdudiyyətlərə əlavə olunub ki, 20 yaşınadək vətəndaşların evdən çıxmağı qadağan olunsun. Həmçinin ictimai yerlərdə qoruyucu maska taxmaq məcburiyyəti qüvvəyə minib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.