DÜNYA


Son 24 saatda Özbəkistanda koronavirusa 329 nəfər yoluxub

Daşkənd, 13 oktyabr, АZƏRTAC

Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna 329 nəfər yoluxub, belə xəstələrin sayı 61 min 534 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, xəstəxanalarda 2 min 597 nəfər müalicə kursu keçir. Bildirilir ki, 318 xəstənin vəziyyəti ağır, 107-nin isə kritikdir.

Qeyd olunur ki, son sutkada 3 xəstə ölüb, həyatını itirənlərin sayı 510-a çatıb.

Vurğulanır ki, son gündə 353, ötən müddət ərzində isə 58 min 69 xəstə müalicə olunaraq sağalıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.