DÜNYA


Son 24 saatda Özbəkistanda koronavirusa 450 nəfər yoluxub

Daşkənd, 9 sentyabr, АZƏRTAC

Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı yenidən artıb. Əgər dünən bu rəqəm 299 idisə, bu gün 450 nəfər bu virusa yoluxub və infeksiyalı xəstələrin sayı 44 min 557 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada virusdan 6 pasiyent dünyasını dəyişib və pandemiya dövründə bu virusdan ölənlərin sayı 362 nəfər təşkil edib.

Ölkənin xəstəxanalarında 2 min 297 koronaviruslu xəstə olduğu bildirilir, onların 402-nin vəziyyəti ağır, 226-nın kritikdir.

Qeyd edilir ki, son gündə infeksiyadan 304 xəstə sağalıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.