Son 3 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri regionlarda 2 minə yaxın vətəndaşı qəbul ediblər
AzerTAg.az
Bakı, 5 avqust, AZƏRTAC
Bu ilin may-iyul aylarında əmək və əhalinin sosial müdafiəsi naziri və müavinləri, nazirliyin Aparat rəhbəri, müavini və tabelikdəki qurumların rəhbərləri tərəfindən ölkəmizin regionlarında keçirilən vətəndaş qəbulları zamanı 1961 vətəndaşın müraciəti dinlənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 571 nəfərini şəhid ailəsi üzvləri, müharibə əlilləri və iştirakçıları təşkil edib.
Vətəndaşların müraciətləri sosial təminat, əlillik və reabilitasiya, mənzillə təminat, aktiv məşğulluq proqramlarına cəlbedilmə və s. məsələlərlə bağlı olub. Müraciətlər yerindəcə araşdırılaraq lazımi tədbirlər görülüb, həmçinin müvafiq izahatlar verilib.

Xəbərin mətnində orfoqrafik səhv var