MƏDƏNİYYƏT
Son 3 ayda çəkilmiş bir sıra filmlər artıq tamaşaçılara təqdim edilib
Bakı, 9 iyul, AZƏRTAC
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində son 3 ayda çəkilmiş bir sıra filmlər artıq tamaşaçılara təqdim edilib.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ekran əsərlərindən biri "Soyqırımı: Həqiqət və riyakarlıq" tarixi-xronikal filmidir. Ekran əsərində yalan və iftiradan yoğurulmuş erməni saxtakarlığı tədqiqat əsərləri əsnasında ifşa olunur və tarixi faktlar diqqətə çatdırılır.
Filmin ssenari müəllifi Arif Alışanov, elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.
Portret janrında çəkilmiş "Həyat, sən kiminsən?" filmi isə 95 yaşlı müharibə və əmək veteranı Əbdülağa Cavadovun həyat hekayəsindən bəhs edilir. Elm xadimləri və neftçilər geologiya-mineralogiya elmləri doktoru Ə.Cavadovun keçdiyi həyat yoluna birgə nəzər salırlar.
Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Zahid Bağırovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]