CƏMİYYƏT


Son 4 ayda sosial müavinətlər üzrə 23, Prezident təqaüdləri üzrə 21 faiz çox vəsait ödənilib

Son 4 ayda sosial müavinətlər üzrə 23, Prezident təqaüdləri üzrə 21 faiz çox vəsait ödənilib

Bakı, 20 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 436 min nəfərə sosial müavinət, 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çox olmaqla 326 milyon manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 213 milyon manat ödənilib.

Son 4 ayda 46 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 475 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.