CƏMİYYƏT


Son 4 ildə özünüməşğulluq proqramı üzrə 36 min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində 2018-2021-ci illərdə 36 min şəxsə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, öz kiçik biznes sahələrini qurmaq üçün proqrama cəlb olunanların sayı ildən-ilə dəfələrlə genişlənib.

Bunun göstəricisi kimi, özünüməşğulluq proqramına 2021-ci ildə 16 min şəxsin cəlb edilməsi nəzərdə tutulub və bu da proqramın icrasına başlandığı 2017-ci illə müqayisədə 15 dəfə çoxdur.

Proqramın icrası zamanı aztəminatlı ailələrə, şəhid ailələri və müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və digər həssas qruplara üstünlük verilir.

Son illərdə özünüməşğulluq proqramının əhatə etdiyi kənd təsərrüfatı, istehsal və xidmət yönümlü iqtisadi fəaliyyət növləri siyahısı genişləndirilərək 44-ə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.