DÜNYA


Son 5 gündə Hindistanda koronavirusa yoluxanların gündəlik sayı 50 mini ötür

Pekin, 3 avqust, AZƏRTAC

Hindistanda ötən sutka yeni növ koronavirusa (COVID-19) 52 min 972 yoluxma qeydə alınıb. Ölkə üzrə ümumi yoluxma sayı 1,8 milyonu ötüb.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 5 gündə ölkədə gündəlik yoluxma sayı 50 mindən çox olub. Ötən gün Hindistan gündəlik yoluxma hallarının sayına görə ABŞ-ı da qabaqlayıb.

Nazirlik COVID-19 virusuna yoluxmuş 771 nəfərin ötən gün öldüyünü, bununla da ölkədə koronavirus qurbanlarının sayının 38 min 135-ə çatdığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.