ELM VƏ TƏHSİL
Son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz artıb

Bakı, 9 iyun, AZƏRTAC
Son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, həmin müddət ərzində qəbul plan yerlərinin sayı 34,6 faiz artıb.
“Son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım texniki və texnologiya sahəsində 14,3 faiz olub. Dövlət sifarişli yerlərin sayı baxımından bu sahədə 30 faiz artım olub. İnformasiya texnologiyaları sahəsində bakalavriat səviyyəsində tələbələrin 90-95 faizi, magistratura səviyyəsində isə 100 faizi dövlət sifarişli yerlərə daxil olur”.