CƏMİYYƏT


Son 6 ayda 54 uşaq övladlığa verilib

Bakı, 17 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani, 2 distant formada monitorinqlər aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.