İQTİSADİYYAT
Son altı ayda 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb
Bakı, 18 iyul, AZƏRTAC
Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması prosesi sentyabrda yekunlaşacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktor müavini Orxan Əliyev jurnalistlərə müsahibəsində deyib.
O, bildirib ki, sahibkarlar reklam konstruksiyasının növünə, texniki tələblərinə, istismara yararlılığına, ərazinin estetik görünüşünə xələl gəlməməsinə diqqət etməlidirlər. Son altı ay ərzində 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb, 10-a yaxın inzibati protokol tərtib olunub. Cərimələr isə 500 manatdan 10 min manata qədərdir.
Direktor müavini, həmçinin agentliyin reklamlarda Azərbaycan dilinin normalarının qorunması istiqamətində də müəyyən addımlar atdığını diqqətə çatdırıb və qeyd edib ki, gündəlik belə faktlarla bağlı müraciətlər olur. “Biz Azərbaycan dilinin normalarının pozulmasına imkan vermirik”, - deyə O.Əliyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]