İQTİSADİYYAT


Son altı ayda Qobustan Milli Tarix-Bədii Qoruğunu 40 mindən çox turist ziyarət edib

Bakı, 15 avqust, AZƏRTAC

Cari ilin 6 ayı ərzində Qobustan Milli Tarix-Bədii Qoruğunu 48 min 219 turist ziyarət edib.

Qoruğun əməkdaşı Rəhman Abdullayev AZƏRTAC-a bildirib ki, ziyarət edənlərin 25 min 663-ü xarici ölkə vətəndaşıdır.

Onun sözlərinə görə, qoruğu ziyarət edənlər arasında Rusiya, Almaniya, İngiltərə, Pakistan, İran və Ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.