CƏMİYYƏT


Son beş ildə Azərbaycanda vəkillərin sayı 2,5 dəfə artıb

Son beş ildə Azərbaycanda vəkillərin sayı 2,5 dəfə artıb

Bakı, 6 dekabr, AZƏRTAC

2018-ci ildən başlayaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması üzrə genişmiqyaslı işlər görülməsinə başlanılıb. Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə beş yazılı test imtahanı keçirilməklə vəkillərin sayı 931 nəfər təşkil edib. Son beş il ərzində isə 10 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 2,5 dəfə artaraq 2267 nəfərə çatıb. Vəkillik fəaliyyətini davam etdirən ARVK üzvlərinin hazırkı sayı 2240 nəfər təşkil edir. Nəticə etibarilə gənc vəkillərin sayı artıb.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar Vəkillər Kollegiyası üzvlərinin konfransında nümayiş olunan kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmində yer alıb.

Qeyd olunub ki, vəkillərin 54 faizinin yaşı 40-dan yuxarı, qalan hissəsi isə 40 yaşadəkdir. Hazırda ölkədə 1836 kişi, 404 qadın vəkil var. Ölkə üzrə vəkillərin 1770 nəfəri Bakıda, 470 nəfəri isə rayonlarda fəaliyyət göstərir. Beləliklə də həm qadın vəkillərin, həm də regionlardakı vəkillərin sayı dəfələrlə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.