DÜNYA


Son beş ildə Bosniya və Herseqovinada yol-nəqliyyat hadisələri nəticəsində 1500-dən çox insan ölüb

Sarayevo, 16 iyul, AZƏRTAC

Son beş ildə Bosniya və Herseqovinada baş verən yol-nəqliyyat hadisələri nəticəsində 1534 nəfər ölüb, 10 min 403 nəfər isə xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, ötən il yol-nəqliyyat hadisələri nəticəsində hər milyon nəfərə 72 ölüm faktı qeydə alınıb. Bu da Avropa İttifaqı üzrə orta göstəricidən (49) xeyli çoxdur.

Son illərdə baş verən qəzaların əksəriyyəti şəhər və qəsəbələrdə, əsas yollarda qeydə alınıb. Qəzaların əksəriyyəti sürət həddinin keçilməsi nəticəsində baş verib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.