REGİONLAR


Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb

Tərtər, 22 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon Subartezian Quyularının İstismarı İdarəsinin balansında olan 495 ədəd subartezian quyusu vasitəsilə rayonun 15 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son 5 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 80 ədəd yeni subartezian quyusu qazılaraq istifadəyə verilib.

Prezident İlham Əliyevin 2018-ci il martın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən, ötən il Tərtər şəhəri, İlxıçılar, Qazyan, Ələsgərli, Yuxarı Sarıcalı, Sarıcalı, Seydimli, Bala Kəngərli, Dəmirçilər, Borsunlu, Bəyimsarov, Kəbirli və Qaraağacı kəndlərində, ümumilikdə, 13 ədəd yeni subartezian quyusu qazılıb. Bu quyuların istifadəyə verilməsi ilə rayonun 450 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib. Dövlət başçısının 2019-cu il 12 fevral tarixli Sərəncamı ilə bu il rayonun Tərtər şəhəri, Kəngərli, Bala Kəngərli, Kəbirli, Xoruzlu, Borsunlu, Hacıqərvənd, Çaylı, Düyərli, Bayandur, Qaraağacı, Evoğlu kəndlərində daha 13 subartezian quyusu qazılacaq. Subartezian quyularının qazılmasının bir neçə aya başa çatdırılması nəzərdə tutulur. Yeni subartezian quyuları ilə rayonun 450 hektar əkin sahəsi suvarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.