CƏMİYYƏT


Son bir ay ərzində ölkə üzrə 600 mindən çox ağac əkilib

Bakı, 28 noyabr, AZƏRTAC

Payız əkin mövsümü başlayandan bu günədək Bakı və Abşeronda, eləcə də, ölkənin bütün regionlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ağacəkmə və meşəbərpa tədbirləri çərçivəsində ümumilikdə 608 min ağac əkilib, 34.5 ton toxum səpilib.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, payız ağac əkini ilə əlaqədar hazırda ölkə ərazisində ağacəkmə və meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir: “Ağacəkmə tədbirlərinə qoşularaq yaşıllıqların sayının artırılmasına töhfə verən hər kəsə, dövlət və özəl qurumlara, ictimaiyyət nümayəndələrinə, tərəfdaşlarımıza, bütün təbiətsevərlərə təşəkkürümüzü bildiririk”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.