CƏMİYYƏT


Son bir ayda “İş yerinə dair arayış” elektron xidmətinə 59,5 min müraciət qeydə alınıb

Bakı, 13 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin mayında 59,5 min müraciət qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən həmin elektron xidmətindən istifadə sayının 2,4 dəfə artdığını göstərir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda “Elektron hökumət” portalında müxtəlif qurumlar üzrə 18 növdə elektron arayış xidməti təqdim olunur. Onlara edilən ümumi müraciətlərin təqribən yarıya qədəri “İş yerinə dair arayış” elektron xidmətinə aiddir.

Həmin elektron xidmətdən istifadə üçün “Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından və ya “Elektron arayışlar” bölməsindən “İş yerinə dair arayış” xidməti və bundan sonra ekranda əks olunan müvafiq menyudan “Yeni arayış” menyusu seçilir. Sonrakı mərhələdə istifadəçi qüvvədə olan əmək müqaviləsi bildirişi və ya bildirişlərindən biri üzrə iş yerinə dair arayışı əldə edir.

“İş yerinə dair arayış” elektron xidməti vətəndaşların müvafiq arayışı işəğötürənə müraciət etmədən real vaxt rejimində onlayn qaydada əldə etməsinə imkan verir. İndiyədək həmin elektron xidmətə 1 milyon 73 min dəfə müraciət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.