DÜNYA


Son bir ayda Türkiyənin 503 bölgəsində meşə yanğını faktı qeydə alınıb

İstanbul, 20 avqust, AZƏRTAC

Son bir ayda Türkiyənin 503 bölgəsində meşə yanğını faktı qeydə alınıb ki, bu da 1344 hektar meşə sahəsinin məhv olması ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, bu ilin ilk günündən etibarən ölkə üzrə ümumilikdə 1345 meşə yanğını baş verib. Bu hadisələr zamanı 2987 hektar meşə sahəsi məhv olub.

Yanğından zərər görən şəhərlər arasında ilk sıralarda İstanbul, Tokat, Sivas və İzmir dayanır.

Ötən həftə İzmir şəhərinin Karabağlar rayonunda başlayan meşə yanğınları ətraf dörd rayona da yayılıb.

Yanğının söndürülməsi istiqamətində işləri davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.