CƏMİYYƏT


Son bir ayda Ukraynada 7 nəfər qızılca xəstəliyindən həlak olub

Kiyev, 9 fevral, AZƏRTAC

2019-cu ilin əvvəlindən Ukraynada qızılca xəstəliyindən 7 nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna səhiyyə nazirinin müavini Olqa Stefanişina məlumat verib. Qızılcadan həlak olanların ikisi uşaqdır.

Onun sözlərinə görə, təkcə yanvar ayında Ukraynada 15 mindən artıq insan qızılcaya tutulub. Ən çox qızılca xəstəliyi tutan bölgə Ukraynanın qərbidir.

2017-ci ildən qızılca xəstəliyi yayılandan bəri Ukraynada 28 nəfər həlak olub, bunlardan 17-i uşaqdır.

Qeyd edək ki, 2018-ci ildə 54481 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 20204-ü böyük, 34277-si isə uşaqdır. Hesabat dövründə qızılca xəstəliyindən 16 nəfər həyatını itirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.