DÜNYA


Son bir həftədə Yaponiyada istilərdən 7 nəfər ölüb

Tokio, 20 avqust, AZƏRTAC

Son bir həftədə Yaponiyada istilərdən ən azı yeddi nəfər ölüb, yeddi mindən çoxu isə günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 20-də Yaponiya Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb. Qeyd edilir ki, son yeddi gündə günvurma nəticəsində 7338 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda bütün Yaponiya ərazisində kəskin istilər hökm sürür. Bir sıra rayonlarda havanın temperaturu 35 dərəcəni ötür.

Xəsarət alanların və ölənlərin əksəriyyəti, əsasən evlərdə qənaət məqsədilə kondisioner işlətməyən yaşlı insanlardır. Hakimiyyət orqanları sakinləri daha çox maye qəbul etməyə və uzun müddət Günəş altında qalmamağa çağırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.