CƏMİYYƏT


Son bir həftədə özünüməşğulluq proqramı üzrə 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik biznes yaradılıb

Bakı, 24 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri və qazilər üçün kiçik təsərrüfat və müəssisələrin yaradılması işləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son bir həftə ərzində həmin kateqoriyalardan olan 100-ə yaxın şəxsə proqramın dəstəyi olaraq mal və materiallar formasında aktivlər verilib. Həmin aktivlər hesabına onlar kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini yaradıblar.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.