CƏMİYYƏT


Son bir həftədə üç rayonda əmək yarmarkası keçirilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ötən həftə Şəmkir, Lerik və Qusar rayonlarında növbəti əmək yarmarkaları keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hər üç yarmarka zamanı işsiz və işaxtaran vətəndaşlara həmin rayonlarda fəaliyyət göstərən 60-dan çox müəssisə üzrə 1000-dən çox vakant yer təklif olunub. Tədbirlər nəticəsində 200 nəfər işsiz və işaxtaran şəxsə vakant iş yerlərinə göndərişlər verilib.

Ayrı-ayrı şəxslər əmək bazarının tələblərinə uyğun sahələr üzrə peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb. Habelə kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olanlar özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydə alınıblar.

Qeyd edək ki, bu həftə Abşeron, Bərdə, Ağdam, Biləsuvar, Yardımlı rayonlarında əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.