DÜNYA


Son bir ildə 5600 nəfər Gürcüstan vətəndaşı xarici ölkələrdən deportasiya olunub

Tbilisi, 13 aprel, AZƏRTAC

Keçən il yanvarın 1-dən bu ilin aprel ayınadək xarici ölkələrdən 5600 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 2018-ci ildə 4600 nəfər, 2019-cu ilin ilk üç ayında isə min nəfərdən çox Gürcüstan vətəndaşı müxtəlif səbəblərdən deportasiya olunub.

Gürcüstan vətəndaşları ən çox Türkiyədən deportasiya olunub. 2018-ci ildə Türkiyə 1788 nəfər, 2019-cu ilin 3 ayında isə 293 nəfər Gürcüstan vətəndaşını deportasiya edib.

Siyahıda ikinci yerdə İsrail dövləti dayanır – 813 nəfər və 241 nəfər.

Üçüncü yerdə 707 nəfərlə Almaniya dayanır. Almaniya bu ilin 3 ayında 176 nəfər Gürcüstan vətəndaşını ölkədən çıxarıb.

Hesabat dövründə Gürcüstan 3000-dən çox xarici ölkə vətəndaşını deportasiya edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.