DÜNYA


Son bir ildə Ukraynada qızılca xəstəliyi epidemiya halını alıb

Kiyev, 13 yanvar, AZƏRTAC

Ukraynada son bir ildə qızılca xəstəliyindən 6 nəfər ölüb, onlardan 4-ü uşaqdır.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, 2017-ci ildə Ukraynada 4782 nəfər qızılca xəstəliyinə tutulub. Həmin il qızılcadan 5 nəfər ölüb, onlardan 3-ü uşaqdır.

Bu ilin 13 günündə isə artıq 1000 nəfərdən çox insan qızılca xəstəliyinə yoluxub, bir uşaq ölüb.

Təkcə paytaxt Kiyev şəhərində 100-ə yaxın insan qızılcaya tutulub, onlardan 60-a yaxını uşaqdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.