ELM VƏ TƏHSİL
Son bir ildə geoloq alimlərin 78 məqaləsi “Scopus”a daxil edilib
Bakı, 3 dekabr, AZƏRTAC
Geologiya və Geofizika İnstitutunun “ANAS Transactions Earth Sciences” jurnalının 2018-ci ildən bu günə kimi 9 nömrəsi oxuculara təqdim edilib, hazırda növbəti nömrə çap ərəfəsindədir.
Bu barədə institutun Elmi şurasının 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabat iclasında məlumat verilib. Vurğulanıb ki, görülən işlər nəticəsində 78 məqalə “Scopus” beynəlxalq bazasına daxil edilib.
İclasda qeyd olunub ki, institutun Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzindəki cihaz və avadanlıqlar hər il xarici mütəxəssislər tərəfindən texniki baxışdan keçirilir və sonrakı istifadə üçün təminat verilir. Müasir texnikanın və mərkəz işçilərinin məhsuldar işləri sayəsində hazırda ölkənin, demək olar ki, bütün strukturlarından analizlər qəbul edilir.