ELM VƏ TƏHSİL


Son bir ildə riyaziyyatçı alimlərin əsərlərinə 2 minədək istinad edilib

Son bir ildə riyaziyyatçı alimlərin əsərlərinə 2 minədək istinad edilib

Bakı, 27 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının bu il 148 məqaləsi (104-ü “Clarivate Analytics” və “Scopus” bazalarında), 164 tezisi (52-si xaricdə), 2 kitabı və 4 monoqrafiyası (2-si xaricdə) çap olunub. Onların əsərlərinə 2 minə yaxın istinad edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağının növbəti iclasında məlumat verilib. Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov rəhbərlik etdiyi müəssisədə 2022-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini təqdim edib. Bildirib ki, hesabat ilində institutda elmi tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə (5-i riyaziyyat, 2-si mexanika olmaqla) 7 elmi istiqaməti əhatə edib. O, institutun əməkdaşları – AMEA-nın müxbir üzvü Qeylani Pənahov və dosent Eldar Abbasovun yaratdıqları “Layda qazəmələgətirmə texnologiyası”nın “Binagadi Oil Company” şirkətində istismar və suvurucu quyularında neftçıxarmanın intensivləşdirilməsi və qəbuletmənin artırılması məqsədilə tətbiq olunduğunu, 30-35 faiz effektiv nəticənin alındığını söyləyib.

Qeyd edilib ki, institutun 3 jurnalı “Scopus” bazasında impakt faktora malikdir. Həmçinin “Web of Science” bazasına ölkəmizdən daxil olan 9 jurnalın 2-si Riyaziyyat və Mexanika İnstitutunda hazırlanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.