CƏMİYYƏT


Son bir ildə sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 5 nəfər zərərsizləşdirilib

Bakı, 16 avqust, AZƏRTAC

Sahil Mühafizəsində Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı 8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib.

Qeyd edib ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanmış, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.