CƏMİYYƏT


Son dörd gündə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 87 əcnəbi saxlanılıb VİDEO

Bakı, 17 avqust, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ayrı-ayrı ölkələrin vətəndaşları olan ümumilikdə 87 əcnəbi saxlanılıb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, onlardan 78 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 7-sinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-sinin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilərdən 78-i barəsində inzibati qərarlar qəbul olunub. Digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.