MƏDƏNİYYƏT
“Son gecə” televiziya filmi Nəsimiyə həsr olunacaq
Bakı, 12 fevral, AZƏRTAC
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi böyük Azərbaycan şairi Nəsimi və görkəmli ədib Cəlil Məmmədquluzadəyə həsr olunmuş sənədli filmlər çəkəcək.
AzTV-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, may ayından etibarən Nəsimidən bəhs edəcək “Son gecə” televiziya filminin çəkilişlərinə start veriləcək. Filmin mövzusu Xalq şairi Rəsul Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivlərindən götürülüb.
Bundan başqa, “Mirzə Cəlil” filmi Cəlil Məmmədquluzadəyə həsr olunacaq. “Azərbaycantelefilm” görkəmli Azərbaycan şairi Məhəmməd Füzulini də yaddan çıxarmayıb. Belə ki, “Füzuli” filmi də bu münasibətlə ekranlaşdırılacaq.
Eyni zamanda, bu ildən AzTV-də “Fatehlərin divanı” bədii filminin davamının çəkilməsi də nəzərdə tutulur. Bu əsər Sultan Səlim Yavuz, Şah İsmayıl, Sara xatun, Uzun Həsən və başqa tarixi şəxsiyyətlərdən bəhs edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]