DÜNYA


Son gün ərzində Özbəkistanda koronavirusdan 7 xəstə ölüb

Daşkənd, 12 sentyabr, АZƏRTAC

Son gün ərzində Özbəkistanda COVID-19 koronovirusuna yoluxanların sayı 571 nəfər artıb və belə xəstələrin sayı 46 min 498 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saatda bu infeksiyadan 7 xəstə ölüb və vəfat edənlərin sayı 382 nəfərə çatıb.

Xəstəxanalarda koronavirusla bağlı 3 min 93 nəfərin olduğu bildirilir, onların 475-nin vəziyyəti ağır, 228-nin çox ağır qiymətləndirilir.

Vurğulanır ki, son sutkada bu infeksiyadan 468, pandemiya dövründə isə 43 min 23 xəstə sağalıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.