DÜNYA
Son gündə Özbəkistanda koronavirusa yoluxanların sayı 755 nəfər artıb
Daşkənd, 6 avqust, АZƏRTAC
Son günlər Özbəkistanda COVID-19 koronavirusuna yoluxma halı kəskin şəkildə artıb. Belə ki, son sutkada ölkədə bu virusa yoluxanların sayı 755 nəfər artaraq 28 min 69-a çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saatda ölkədə virusdan 5 nəfər həyatını itirib və pandemiya dövründə ölənlərin sayı 173-ə çatıb.
Hazırda xəstəxanalarda 9 min 113 adam var, onların 799-nun vəziyyəti ağır, 228-nin isə çox ağırdır.
Xatırladırıq ki, virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar avqustun 15-dək ölkədə karantin rejimi tətbiq edilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]