DÜNYA


Son gündə Pakistanda koronavirusa 2 min 128 adam yoluxub

İslamabad, 16 noyabr, AZƏRTAC

Son gün ərzində Pakistanda COVID-19 koronavirusuna 2 min 128 nəfər yoluxub, pandemiya dövründə belə pasiyentlərin sayı 359 min 32 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda bu virusdan 19 xəstə ölüb, həyatını itirənlərin sayı 7 min 160 nəfər olub.

Qeyd edilir ki, müalicə müəssisələrində 28 min 48 xəstə var, onların 1379-nun vəziyyəti ağırdır.

Bildirilir ki, pandemiya başlayandan bu yana 323 min 824 pasiyent sağalaraq evə buraxılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.