DÜNYA


Son gündə Pakistanda koronavirusdan 37 nəfər ölüb

İslamabad, 18 noyabr, AZƏRTAC

Son gün ərzində Pakistanda COVID-19 koronavirusuna 2 min 298 nəfər yoluxub, pandemiya dövründə belə xəstələrin sayı 363 min 380 nəfər olub.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada COVID-19-dan 37 xəstə ölüb, həyatını itirənlərin ümumi sayı 7 min 230 nəfərə çatıb.

Qeyd edilir ki, xəstəxanalarda 30 min 362 pasiyent var, onların 1551-nin vəziyyəti ağırdır.

Bildirilir ki, pandemiya başlanan gündən ölkədə 325 min 788 xəstə sağalaraq evə buraxılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.