DÜNYA


Son gündə Qırğızıstanda koronavirusa 304 nəfər yoluxub

Bişkek, 14 avqust, AZƏRTAC

Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna 304 nəfər yoluxub və bu virusa yoluxanların ümumi sayı 41 min 373 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Koronavirusla Mübarizə üzrə Respublika Qərargahına istinadla xəbər verir ki, son sutkada virusdan 4 nəfər vəfat edib və ölənlərin sayı 1491 nəfərə çatıb.

Bildirilib ki, son 24 saatda 15, indiyədək isə 3 min 6 tibb işçisi bu virusa yoluxub.

Qeyd olunub ki, ötən gecə Rusiyanın Novosibirsk şəhərindən Bişkekə 171 Qırğızıstan vətəndaşı gətirilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.