DÜNYA


Son gündə Qırğızıstanda koronavirusa 668 nəfər yoluxub

Bişkek, 29 iyul, АZƏRTAC

Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna 668 nəfər yoluxub, onlardan 118-i Bişkekdə qeydə alınıb. Bu günə olan məlumata görə virusdan xəstələnənlərin sayı 34 min 512 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, virusdan son 24 saatda 18, pandemiya dövründə isə 1347 xəstə ölüb.

Son sutkada ölkədə virusa 20, ümumiyyətlə isə 2 min 711 tibb işçisi yoluxub.

Bildirilib ki, ötən gecə Türkiyədən 316 Qırğızıstan vətəndaşı ölkəyə gətirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.