DÜNYA


Son günlərdə Özbəkistana Əfqanıstan üçün nəzərdə tutulan 100 tona yaxın humanitar yardım gətirilib

Daşkənd, 18 oktyabr, АZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının xətti ilə Özbəkistanın Termez Beynəlxalq Hava Limanına Əfqanıstan üçün nəzərdə tutulan üçüncü yük təyyarəsi enib.

AZƏRTAC xəbər verir ki, gətirilən yüklər Termez şəhəri yaxınlığındakı “Termez Cargo Centre” terminalında maşınlara yüklənir.

Terminalın direktoru Nadirbek Calalov jurnalistlərə bildirib ki, göndərilən 96 ton humanitar yardıma çadırlar, isti ədyallar, plastik yemək dəstləri və digər lazımi əşyalar daxildir. Yüklər ən yaxın vaxtlarda Əfqanıstanla sərhəddəki “Termez-Xayraton” sərhəd məntəqəsi vasitəsilə Məzari-Şərif şəhərinə göndəriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.