İQTİSADİYYAT


Son həftə ərzində respublikada yolların təmir və tikintisi ilə bağlı görülən işlər açıqlanıb

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2021-ci ilin noyabrın 29-dan dekabrın 5-dək olan müddətdə yerinə yetirilmiş işlər barədə məlumat açıqlanıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən müddət ərzində Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir, paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib və Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb.

Həmçinin Bakı şəhərinin Nərimanov rayonu ərazisində Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilir. Cari ilin “İnvestisiya Proqramı” çərçivəsində isə Sabunçu rayonunda ümumi uzunluğu 9 kilometr olan qəsəbədaxili küçə və yolda təmir işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.