DÜNYA
Son həftədə Fransada koronavirus səbəbindən 66 təhsil ocağında dərslər dayandırılıb
Paris, 20 fevral, AZƏRTAC
Son bir həftədə Fransanın təhsil müəssisələrində sanitar vəziyyət ağırlaşıb. Bu müddətdə koronavirusa yoluxma hallarına görə 66 təhsil ocağı və 1195 sinif bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Milli Təhsil Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, 847-si son sutkada olmaqla, ötən bir həftə ərzində 5422 şagird, 647 təhsil işçisi koronavirusa yoluxub.
Hökumətin sözçüsü bildirib ki, ölkədə epidemioloji vəziyyət çox həssasdır və hər an ağırlaşa bilər. Buna görə də ölkədə tətbiq olunan komendant saatı rejimi qeyri-müəyyən müddətədək davam edəcək. Koronavirus testinin nəticəsi pozitiv olan şəxslər isə 7 gün deyil, 10 gün karantin rejimində qalmalı olacaqlar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]