DÜNYA


Son həftələrdə Serbiyada COVID-19-a qarşı vaksinasiya prosesi zəifləyib

Belqrad, 23 oktyabr, AZƏRTAC

Altı milyon nəfərdən çox əhalisi olan Serbiyada 3 milyon nəfər COVID-19 əleyhinə bir doza, 2,9 milyon nəfər hər iki doza, 792 min 711 nəfər isə üç doza peyvənd qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19-a qarşı vaksinasiya prosesi son həftələrdə zəifləyib. Virusa yoluxanların sayı avqust ayının sonundan etibarən artım tendensiyası nümayiş etdirir.

Son 24 saat ərzində ölkədə koronavirusa 7745 yeni yoluxma faktı qeydə alınıb. Hazırda 273-ü süni nəfəs aparatına qoşulmaqla ümumilikdə 6708 COVID-19 xəstəsi müalicə olunur. Ötən sutka 58 nəfər koronavirusun qurbanı olub və pandemiya başlayandan bu vaxtadək ölənlərin sayı 9272-yə çatıb.

Ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün hazırda maska taxılması və qapalı yerlərdə sosial məsafənin qurunması məcburi qaydalar tətbiq olunur. Əhalinin bu qaydalara əməl etmədiyi isə virusa yoluxanların sayındakı artımda özünü göstərir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.