CƏMİYYƏT


Son iki ay yarımda 46 nəfər dəm qazından zəhərlənib

Bakı, 15 dekabr, AZƏRTAC

Qış fəslinin gəlməsi ilə dəm qazından zəhərlənmə halları artıb. Ən adi təhlükəsizlik qaydalarına əməl edilməməsi arzuolunmaz və fəlakətli nəticələrə gətirib çıxarır.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun AZƏRTAC-a verdiyi məlumata görə, oktyabr ayında 9, noyabr ayında 21, dekabrın birinci yarısında isə 16 xəstə kəskin inhalasiyon dəm qazı zəhərlənməsi ilə xəstəxanaya qəbul edilib. Zəhərlənənlər arasında 7 uşaq da həkimlərin səyi nəticəsində həyata qaytarılıb.

Zəhərlənmə diaqnozu qoyulanların 6-nın vəziyyəti ağır, qalanların isə orta ağır olaraq qiymətləndirilib. Dəm qazından zəhərlənənlər arasında ölüm halları qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.