DÜNYA


Son iki ayda Gürcüstanda 17 nəfər dəm qazından ölüb

Tbilisi, 8 mart, AZƏRTAC

Son iki ayda Gürcüstanda 17 nəfərin dəm qazından boğularaq ölməsi faktı qeydə alınıb. Yüzə yaxın insan isə dəm qazından zəhərlənib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, dəm qazından ölüm və boğulmaların 80 faizi paytaxt Tbilisidə və ətraf qəsəbələrdə kirayə evlərdə qeydə alınıb. Həmin evlərdə insanlar heç bir standartlara cavab verməyən qızdırıcı vasitələrdən istifadə ediblər və təbii qaz sızması da məhz bu səbəbdən baş verib.

Hazırda hökumət və aidiyyəti qurumlar qazdan istifadə zamanı təhlükəsizlik normalarına riayət edilməsi və standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə qaydalarını sərtləşdirən yeni qanun layihəsi hazırlayır.

Layihənin yaxın günlərdə parlamentə təqdim olunacağı gözlənilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.