DÜNYA


Son iki ayda Gürcüstanda 300-dən çox insan narkotiklərlə əlaqədar məsuliyyətə cəlb olunub

Tbilisi, 16 mart, AZƏRTAC

Gürcüstanın Daxili İşlər Nazirliyi cari ilin ilk iki ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirib. Nəticədə narkotiklərlə əlaqəli cinayətlərdə iştirak etmiş 318 nəfər məsuliyyətə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın daxili işlər nazirinin müavini Vladimir Bortsvadze bu gün keçirdiyi brifinqdə söyləyib.

O deyib ki, cari ilin yanvar-fevral aylarında hüquq mühafizə orqanlarının əməkdaşları 12 kiloqramdan çox heroin və kokain, 5 kiloqrama yaxın yeni növ psixotron maddə, 2 mindən çox “subuteksa”, “suboksina” və “ekstaz” həbləri aşkar edərək götürüblər.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupların 29 üzvü həbs olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.