CƏMİYYƏT


Son iki ildə İTSDA tərəfindən 249 ədəd təcili tibbi yardım avtomobili alınıb

Son iki ildə İTSDA tərəfindən 249 ədəd təcili tibbi yardım avtomobili alınıb

Bakı, 9 dekabr, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən ölkəmizə yeni 65 ədəd təcili tibbi yardım avtomobili gətirilib. Ambulanslar tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, əlçatanlığının və operativliyinin təmin olunması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

A.Əhmədova bildirib ki, yeni gətirilən avtomobillər müasir tibbi avadanlıqlarla - defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma və s. ilə təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir: “Avtomobillər bir sıra özəlliklərə malikdir. Belə ki, Mercedes-Benz markalı təcili tibbi yardım avtomobillərindən 37 ədədi sadə diferensiallı, 7 ədədi xüsusi ikidiferensiallı, 20 ədədi reanimobil və bir ədədi perinatal küvəzlidir.

Avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verəcək. Ambulanslar xəstə tibb müəssisəsinə aparılarkən yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərman və tibbi avadanlıqlarla təmin edilib. Reanimobil təcili tibbi yardım avtomobilləri vasitəsilə reanimasion briqadası ağır xəstələrin ixtisaslı müalicəsini və reanimasiya tədbirlərini bilavasitə yolda davam etdirməklə onların hadisə yerindən stasionara, yaxud bir stasionardan digərinə təhlükəsiz şəkildə təxliyəsinə kömək edəcək.

Perinatal küvezli təcili tibbi yardım avtomobili isə tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların həmin səhiyyə məntəqəsində göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılması məqsədi daşıyır.

Ümumilikdə, İTSDA tərəfindən 2020-ci ildən bu günədək 249 ədəd təcili tibbi yardım avtomobili alınıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.