DÜNYA


Son iki ildə kibercinayətlərin sayı iki dəfə artıb

Bakı, 18 avqust, AZƏRTAC

Son iki ildə kibercinayətlərin sayı təxminən iki dəfə artıb.

AZƏRTAC “ThreatMetrix” şirkətinin hesabatına istinadla bildirir ki, 2015-ci ildən etibarən kibercinayətkarlıq fəaliyyəti təxminən 100 faiz yüksəlib. Məsələn, 2016-cı ilin birinci rübündən başlayaraq yeni hesablardan həyata keçirilən fırıldaqçılıq halları 30 faiz artıb.

Saxta profillərin sayının artması media şirkətlərinə güclü təsir edib. Belə ki, media şirkətləri arasında yeni hesablardan istifadəyə əsaslanan hücumların sayı 527 faiz yüksəlib. Rəqəmli mediasayt və proqramların kəskin inkişafı onları kibercinayətkarların hədəfinə çevirib. İkinci rübdə isə 28 milyon belə hücum qeydə alınıb.

Qlobal media şirkətlərinə qarşı edilmiş kiberhücumların əksəriyyəti Cənubi Amerikada qeydə alınıb. Ancaq kibercinayətkarları daha çox elektron ticarət seqmenti maraqlandırır: 2016-cı ilin birinci rübündə bu seqmentə 88 milyon hücum edilib. Bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz daha çoxdur. Bu halda elektron ticarət seqmentinə həyata keçirilən əməliyyatların 47 faizi mobil telefonların payına düşür. Avropa ən "mobil" region olaraq qalır: bütün əməliyyatların 53 faizi telefonların payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.