REGİONLAR
Son illər Füzuli rayonunda 150 mindən çox ağac əkilib
Füzuli, 6 fevral, AZƏRTAC
Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində həyata keçirilən abadlıq-quruculuq, yaşıllaşdırma işləri nəticəsində yaşayış məntəqələrinin siması dəyişib, sosial infrastruktur müasirləşib. Artıq rayona gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, müasirliyin, gözəlliyin, səliqə-sahmanın şahidi olurlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ilin əvvəlindən Horadiz şəhərində keçirilən ağacəkmə aksiyaları zamanı 1000 çinar, 2100 leylandra, 1200 gül kolu əkilib. Ümumilikdə isə son illərdə rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə 150 mindən çox müxtəlif növ ağac, 130 min gül və dekorativ kol, o cümlədən 12 min 694 çinar, 129 min 120 tut, 2000 qoz, 6280 Eldar şamı, 3018 leylandra və digər ağaclar əkilib. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, vaxtlı-vaxtında suvarma işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]