MƏDƏNİYYƏT


Son illərdə çəkilən filmlərin bölgələrdə nümayişi nəzərdə tutulur

Bakı, 9 avqust, AZƏRTAC

“Azərbaycan filmləri bölgələrdə” layihəsi çərçivəsində son illərdə çəkilən filmlərin bölgələrdə göstərilməsinə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov məlumat verib.

O bildirib ki, həmin film nümayişlərində yaradıcı heyətlə bölgə tamaşaçılarının qarşılıqlı ünsiyyəti yaradılacaq: “Pandemiyadan öncə belə bir təcrübə olub. “Salnaməfilm”in istehsalı olan Milli qəhrəmanlardan bəhs edən filmlər bölgələrdə nümayiş olunurdu. Pandemiya səbəbindən bu nümayişlər dayandı. Amma düşünürük ki, yalnız Milli qəhrəmanlarla bağlı filmlər deyil, həmçinin digər filmlər də göstərilməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.