Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Son illərin statistikasına əsasən kişi sonsuzluğuna qadınlara nisbətən daha çox rast gəlinir

Bakı, 24 avqust, Günel Məlikova, AZƏRTAC 

Ailə qurulduqdan ortalama bir il ərzində qorunma üsullarından istifadə edilməməsinə baxmayaraq hamiləliyin baş verməməsi sonsuzluq adlandırılır. Müxtəlif həkimlərin praktikası onu göstərir ki, bəzən bu zaman iki il də ola bilər. Lakin mənim fikrimcə, bir ailə qurulubsa və cütlük övlad sahibi olmaq istəyirsə gözləmək üçün bir il də çoxdur.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinikanın mama-ginekologiya şöbəsinin müdiri, mama-ginekoloq, süni mayalanma üzrə mütəxəssis, tibb elmləri namizədi Mahirə İsmayılova bildirib.

Həkim deyib: “Hazırda ölkəmizdə nikahdan öncə tibbi təhlillər aparılır ki, bu da bir çox xəstəliklərlə yanaşı, bəzi səbəblərdən yaranan sonsuzluq probleminin qarşısının alınması üçün də müsbət haldır. Ümumiyyətlə dünya ailə statistikasına əsasən, ailələrin 15-10 faizi sonsuzluq problemi ilə üzləşir. Bu insanların əksəriyyətini çox çətin müalicələrə ehtiyacı olan qrup təşkil edir. Kişi və qadın sonsuzluğuna gəldikdə isə hazırda kişi sonsuzluğuna daha çox rast gəlinir. Belə ki, bu problemin əvvəllər qadınlar arasında daha yayğın olmasına baxmayaraq, zamanla bu nisbət dəyişib. Son illərin statistikası isə dünyanın əksər ölkələrində sonsuzluğa səbəb olan problemlərə kişilərdə daha çox təsadüf edildiyini göstərir. Rəqəmlərlə ifadə edildikdə isə ümumi göstəricilərin təqribən 45 faizini kişi sonsuzluğu təşkil edir. Bu çox böyük rəqəmdir. Belə ki, kişi sonsuzluğunun müalicəsi qadınlara nisbətən daha çətindir. Hətta köməkçi reproduktiv texnologiyalar belə kişi sonsuzluğu ilə mübarizədə qadınlara nisbətən daha az müsbət nəticə verir.

Sonsuzluğun yaranma səbəblərinə gəldikdə bunlar müxtəlifdir. Qadın sonsuzluğunda bir sıra faktorlar rol oynayır ki, onları qısa olaraq bir neçə qrupda birləşdirmək olar. Problemin 15-20 faizində boru faktoru əsas rol oynayır. Belə ki, hamiləlik boruların keçiriciliyi hesabına mayalanmış hüceyrənin uşaqlıq istiqamətində irəliləyərək uşaqlığa daxil olması və uşaqlığın divarına yapışması nəticəsində baş verir. Bu “zəncirin” müəyyən “halqalarının” pozulması sonsuzluğa səbəb olur. Səbəblərdən biri də cinsi yollarla keçən infeksiyaların vaxtında müalicə olunmamasıdır. Belə olduğu təqdirdə uşaqlıqdan kənar hamiləliyin baş verməsi də istisna hal deyil ki, bu da əməliyyat vasitəsilə boruların bədəndən xaric edilməsi ilə də nəticələnə bilər. Boruların bağlanmasının bir səbəbi uşaq yaşlarda keçirilmiş, düzgün aparılmayan korbağırsaq əməliyyatları nəticəsində qarın boşluğunda əmələ gələn fəsadlar da ola bilər. Bundan əlavə sonsuzluğun yaranmasının təxminən 15-20 faizini yumurtalıqlarda yumurta hüceyrələrinin yetişmə pozulması təşkil edir. Bu, daha çox endokrin orqanların funksiyalarında baş vermiş dəyişikliklər səbəbindən ovulyasiya prosesinin pozulması nəticəsində meydana çıxır. Bu problemin əsas simptomları kökəlməyə meyillilik, saç tökülməsi, üzlərində əmələ gələn həddindən artıq tüklənmə və sikl pozuntularıdır. Yumurtalıqların polikistik sindromu adlandırılan bu problem yumurtalıqların funksiyasının pozulmasının bir səbəbidir. Lakin sikl pozulmasına, eyni zamanda, digər endokrin orqanların funksiyasının pozulması da səbəb ola bilər. Bunun yaranma səbəblərindən biri də son illər dünyada, eləcə də Azərbaycanda yayılmış qalxanvarı vəzinin funksiyalarının pozulmasıdır. Bu da birbaşa yumurtalıqların funksiyasına mənfi təsir göstərir.

Digər səbəblərdən biri olaraq endometrioz xəstəliyini də misal çəkmək olar. Endometrioz barəsində çox danışmaq olar, lakin bu problemin səbəbləri tam olaraq hələ də öyrənilməyib. Bu pozuntuların əsas simptomları siklin pozulması və ya uzunmüddətli olub ağrılarla müşahidə edilməsidir. Endometrioz nəticəsində uşaqlığın özündə müəyyən dəyişikliklər baş verir. Çox vaxt bu xəstəlik səbəbindən boruların bağlanmasına da rast gəlinir. Ümumiyyətlə sonsuzluğun qazanılmış olduğu kimi müxtəlif anadangəlmə səbəbləri də var. Bunlara uşaqlığın içində olan anadangəlmə patologiyalar-miomotoz düyünlər, poliplər, uşaqlığın içindəki anadangəlmə çəpərləri misal çəkmək olar. Uşaqlığın içindəki anadangəlmə çəpərlər nəticəsində uşaqlıq sanki iki hissəyə bölünmüş vəziyyətdə olur və bu zaman hamiləliyin baş verməsi mümkün deyil. Aparılan müəyyən müayinələrdən sonra belə xəstələrə cərrahi müdaxilə edilir və yalnız bundan sonra onlar hamiləliyə hazırlanırlar.

Sonsuzluğun meydana çıxmasında psixogen faktorlar da böyük rol oynayır. Bəzi hallarda cütlüklərin hər ikisinin təhlillərində patologiyaya rastlanılmamasına baxmayaraq hamiləlik baş vermir. Bu da, psixogen faktorlara bağlıdır ki, buna da 5-10 faiz hallarda rast gəlinir. Çox vaxt bu problemlə üzləşənlərin psixoloji dəstək nəticəsində təbii yolla hamilə qalması mümkün olur.

Kişi sonsuzluğu barəsində isə çox danışmaq olar. Lakin kişi sonsuzluğunun əsas səbəbi sperm hüceyrələrinin hərəkətində və sayında dəyişikliklərin baş verməsi və ya keyfiyyətinin aşağı olmasıdır. Buna da daha çox içki, siqaret kimi pis vərdişləri olan, müəyyən narkotik maddələrdən istifadə edənlər və ya radiasiya şəraitində işləyənlərdə müşahidə edilir. Kişi sonsuzluğunun daha bir səbəbi də azospermiyadır ki, bu da obstruktiv və nondestruktiv azospermiyaya bölünür. Xəstəliyin əsas səbəblərindən biri keçirilmiş infeksiyalardır.

Sonsuzluğun meydana çıxmasında genetik faktorlar və qohum nikahları da böyük rol oynayır. Bundan əlavə belə insanlar hamiləlik baş verdiyi təqdirdə belə çox zaman dölün inkişafdan qalması və ya düşməsi ilə də üzləşirlər.

Onu da qeyd edim ki, səbəbi olmayan sonsuzluqlar da var ki, bunların müalicəsində konservativ üsullar nəticə vermədikdə bu insanlara süni mayalanma üsulu təklif olunur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Zaqatalada şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar

BDU-da ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Qubada hüquqşünaslar maarifləndirici təlimlərə cəlb olunublar

Səfir Viktoriya Romero: Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir

TDT Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

Bu il Bakıda ICESCO-nun Regional ofisi açılacaq

Hamburqdakı azərbaycanlılar Ermənistanın terrorçu siyasəti ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər

® “Azerçay” “Bakı Böyük Dəbilqə 2023” turnirinə dəstək verdi

Çexiyanın enerji nümayəndələri təcrübələrini AERA-nın mütəxəssisləri ilə bölüşüblər

Rusiya və İran prezidentləri Qarabağ ətrafındakı məsələni müzakirə ediblər

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Macarıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşüb

Bakıda Türk Dövlətləri II Aqrobiznes Forumu çərçivəsində panel sessiyalar keçirilib

“Real Madrid”in türk futbolçusu yenidən zədələnib

Sentyabrın 26-na USD/AZN rəsmi məzənnəsi

Rusiyalı alim: Ermənistanda “miatsum” ideyasına kütləvi dəstək yoxdur

İlahiyyat İnstitutunda Anım Gününə həsr olunan film nümayiş etdirilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan

Qarabağı tərk edən ermənilərin təhlükəsiz və maneəsiz keçidi təşkil olunur

ASAN könüllülərindən növbəti sosial təşəbbüs

Botanika İnstitutu Belarus Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

“Heydər Əliyev İli”nə bp-nin töhfəsi

AzMİU-ya yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb VİDEO

“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

Quba TDT-nin kənd təsərrüfatı paytaxtı elan edilib

Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib

Bərdədə yaşayış binasında partlayış olub

Aşqarlar Kimyası İnstitutunun alimləri bəzi patoloji proseslərə qarşı yeni nəsil inhibitorları yaradıblar

Yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı Tvininq layihəsi çərçivəsində növbəti təlim reallaşıb

Şəhid atası Səməd Xudiyev: Oğlum mərd, vətənpərvər oğlan olub

UNEC-in rektoru Ege Universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşüb

DGK sədri Yevlax şəhərində vətəndaşların müraciətlərini dinləyib

Ölkəmizdə spinal muskulyar atrofiyadan əziyyət çəkənlərin problemləri müzakirə olunub

BDU EIFL beynəlxalq konsorsiumunun Baş Assambleyasında təmsil olunub

Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib

Seulda son on ildə ilk dəfə hərbi parad keçirilib

® “Qızlara ağ yaraşır” Qran-Pri mükafatı qazandı

İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib

Mahir Emreli Xorvatiyada turun rəmzi komandasına düşüb

İstiqlal Muzeyində “Tarixin izi ilə” adlı növbəti tədbir – sərgi

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib

Daxili işlər naziri Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Cavid Qurbanov Avropa Atletika Assosiasiyasının rəhbərliyi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək

Avqustda bankların kredit portfeli artıb

Qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkət əməkdaşları üçün təlim keçiriləcək

Mərkəzi Bank: Bugünkü hərracda tələb 61,5 milyon dollar təşkil edib

QHT nümayəndələri Anım Günü ilə əlaqədar Ulu Öndərin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Quba alması bağdan neçəyə satılır?

Hərb Tarixi Muzeyində tədbir: “Vətən sizə oğul dedi!”

İqor Qrosu: Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası üçün çox gözəl potensialı var VİDEO

Rəcəb Tayyib Ərdoğan: Zəngəzur dəhlizi strateji xarakter daşıyır və region dövlətlərinin iqtisadi maraqlarına cavab verir

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşəcək

Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini: TDT dövlətləri Türk İnvestisiya Fondunun potensialından istifadə etməlidir

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın növbəti iclası keçirilib

Minadan zərərçəkən: Zərərsizləşdirilməyən hər mina təhlükə mənbəyidir

Anım Günü ərəfəsində “Zəfər zirvəsi”nə yürüşə çıxıblar

Azər Bağırov: Yayda bəzi klublar Türkiyədə hazırlaşanda biz Bakıda yoxlama məşqləri edirdik

Dual peşə təhsili üzrə 872 tələbə təhsil alır

TDT-yə daxil olan ölkələr arasında həyata keçirilən ixracın dəyəri 33 milyard ABŞ dolları olub

İtaliyanın sabiq Prezidenti Corcio Napolitano ilə vida mərasimi keçirilir

Botanika İnstitutu alimlərinin məqaləsi impakt faktorlu jurnallarda dərc olunub

Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib

Natalya Jukova: “Nine Senses Fest” ruh, bədən və ağıl istiqamətləri arasında təcrübələr festivalıdır

Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi VİDEO

® “AccessBank” ABŞ bankı ilə pul köçürmə xidmətini genişləndirir

Məktəblərdə tərbiyə işinin metodikasına dair vəsait çap olunub

ADY bəzi qatarların gecikməsinin səbəbini açıqlayıb

ADNSU əməkdaşları ilə SOCAR-ın nümayəndələri arasında işçi görüş keçirilib

“Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihəsinə start verildi

Beynəlxalq tədbirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

“Novxanı bağları” yaşayış massivində içməli su təminatı yaxşılaşacaq

AzMİU-nun komandası debat turnirinin qalibi olub

AQTİ müvafiq vəzifələr üzrə vakansiya elan edir

Akademik: Yüksək texnologiyalara əsaslanan cəmiyyətimizdə mühəndis peşəsinin nüfuzu getdikcə artmaqdadır

London aeroportunda dispetçer çatışmadığından 64 aviareys ləğv olunub

Le Pen: Fransa Nigerdən qoşun və diplomatlarını alçaldıcı şərtlərlə çıxarır

Bakıda II Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib YENİLƏNİB VİDEO

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı xeyriyyə layihəsi təşkil olunub

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Arşın mal alan” əsəri nümayiş olunub

BDU-nun Biologiya fakültəsində şəhidlərin xatirəsi anılıb

Həsrət Cəfərov: Olimpiya Oyunlarına ən yaxşı şəkildə hazırlaşacağıq

Orxan Məmmədov: Kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərən sektorlarındandır

DQİDK sədri Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinə qiymətli kitablar hədiyyə edib

Sabir Qocayev: 30-a yaxın SMA-lı uşağa əlillik təyinatı aparılıb

Politoloq: Naxçıvanda imzalanan sənədlər olduqca mühüm tarixi əhəmiyyətə malikdir

Azərbaycanın istedadlı basketbolçusu ABŞ-a gedir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Fransa Prezidentinin erməni sevgisi - ŞƏRH

Azərbaycan əhalisinin 65,4 faizi Zəngəzur dəhlizinin reallaşacağına tam inanır - SORĞU

Azərbaycanın idman gimnastları dünya çempionatına yollanıblar

Belqradda keçirilən dünya çempionatında uğurla çıxış edən MİK təmsilçiləri Vətənə qayıdıblar

Üçtərəfli Bəyanatdan sonra baş vermiş 188 mina partlayışından 136-sı keçmiş təmas xəttindən kənarda olub

Xankəndiyə daha 64 ton yanacaq göndərilib VİDEO

“Zirə” inamla irəliləyir, “Qarabağ” iddiasını ortaya qoyur - ŞƏRH