CƏMİYYƏT


Son ov mövsümündə 200-ə yaxın yerli, 18 xarici vətəndaş ov qaydalarını pozub

Bakı, 28 fevral, AZƏRTAC

Son ov mövsümündə Azərbaycanda 200-ə yaxın yerli vətəndaş ov qaydalarını pozub. Onlar əsasən ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Ov qaydalarını pozan yerli vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimələniblər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departamentin direktorunun sözlərinə görə, ov qaydalarını pozan xarici vətəndaşların sayı isə 18-ə bərabərdir. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Belə ki, onlardan 10 nəfərinin Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.