DÜNYA


Son sutka ərzində İranda 2125 nəfər virusa yoluxub, 132 nəfər isə həyatını itirib

Tehran, 8 avqust, AZƏRTAC

İranda yeni növ koronavirusa yoluxma və ölüm hallarının azalması müşahidə edilir. Son sutka ərzində 2125 nəfər virusa yoluxub, 132 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilib. Bununla da İranda yoluxanların ümumi sayı 324 min 692 nəfərə, ölənlərin sayı isə 18 min 264-ə çatıb.

Müalicəsi davam edən 4148 xəstənin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə İranda müalicə alan 282 min 122 nəfər sağalıb.

İranın Tehran, Qum, İsfahan, Yəzd, Kirman, Simnan, Gilan, Əlborz, Xorasan, Gülüstan vilayətləri hələ də qırmızı zonaya daxildirlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.